11 
Nybr
2020
18:39
425

Abxaziyanın hökumət başçısı Azərbaycanı qələbə münasibətilə təbrik edib - FOTO

11 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Abxaziya Muxtar Respublikasının Hökumətinin başçısı Ruslan Abaşidzeni qəbul edib.

Bu barədə InterPress.ge-yə Azərbaycanın Gürcüstandakı səfirliyində məlumat verilib.

Faiq Quliyev görüşün tarixi günlərdə baş tutmasını rəmzi xarakter daşıdığını diqqətə çatdırıb. O, təqribən 30 il ərzində davam edən təcavüzə, Azərbaycan torpaqlarının işğalına son qoyulmasının, ərazi bütövlüyünün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini deyib.

Səfir Azərbaycanla Gürcüstan arasında uğurla inkişaf edən qarşılıqlı faydalı münasibətlərin bütün Cənubi Qafqaz bölgəsinin sabitlik, təhlükəsizlik və hərtərəfli inkişafı baxımından vacib rol oynaması qeyd edilib. Gürcüstan və Azərbaycanın qarşılıqlı əsasda bir-birinin suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi və beynəlxalq müstəvidə həmrəylik göstərməsi də mühüm amil kimi önə çəkilib.

Gürcüstanın Abxaziya Muxtar Respublikası Hökumətinin başçısı R.Abaşidze Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində əldə etdiyi son tarixi qələbəsi ilə ürəkdən təbrik edib. Abxaziya bölgəsindən olan məcburi köçkünlərin vəziyyəti və münaqişə ətrafında hazırkı durumu barədə bəhs edən c-b Abaşidze bu istiqamətdə görülən işlər barədə ümumi məlumat verib. O, həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında bərqərar olunmuş əməkdaşlıq formatının da əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə ediblər.

Bizimlə əlaqə saxlayın