11 
Nybr
2020
17:56
472

Marneulidə müxalifət partiyaları aksiya keçirdi

Marneulidə müxalifət partiyalarının üzvləri və tərəfdarları 22 saylı Dairə Seçki Komissiyası qarşısında etiraz aksiyası keçiriblər.

InterPress.ge xəbər verir ki, aksiyada “Avropalı Gürcüstan”, “Lelo” və “Strateqia Ağmaşenebeli” partiyalarının üzvləri iştirak edib.

Etirazçılar yenidən seçki keçirilməsini tələb edirlər.

“Bu gün burada Seçki Komissiyasına daxil olan ərizələrin müzakirəsi gedir, hansılar ki, məntəqələrdə qanun pozuntuları ilə bağlıdır. Bu gün bu ərzələrlə bağlı qərar verilməlidir və biz bilirik ki, düzgün qərar verməyəcəklər, necə ki, seçkilərdə saxtakarlıq etdilər və bu gün də burada onlar düzgün qərar verməyəcəklər. Bizim tələbimiz düzgün qərar verilməsi və bütün Gürcüstanda yenidən seçkilərin keçirilməsidir”, - deyə Strateqia Ağmaşenebeli partiyasının Marneuli üzrə sədri Fuad Qəhrəmanov qeyd etdi.

Eyni zamanda Avropalı Gürcüstan partiyasının Marneuli üzrə sədri Əhməd İmamquliyev seçkilərin saxtakarlıqla keçirildiyini qeyd edib.

“Biz bu saxtakarlıqla keçirilən seçkilərə etiraz edirik. Biz birlikdə müxalifət partiyaları olaraq 31 oktyabrda saxtakarlıqla keçirilən seçkiləri qəbul etmirik və buna etiraz edirik. Buradan biz öz səsimizi buradakı Dairə Seçki Komissiyasının sədri Ani İluridze-yə çatdırırıq ki, o, Bidzina İvanaşvilinin nökəri və quludur. Eyni zamanda burada xalqın istəyi yox tam tərsinə bir şəxsin, Bidzina İvanaşvilinin istəkləri həyata keçir və bizdə bunları qəbul etməyib etiraz edirik”, - İmamquliyev qeyd etdi

Bizimlə əlaqə saxlayın