Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Paşinyan Ermənistanın təslimçilik sənədinə imza atdığını bildirdi

1,989
Paşinyan Ermənistanın təslimçilik sənədinə imza atdığını bildirdi
Dinləmək üçün basın

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması - əslində isə işğalçı ölkənin təslimçilik sənədinə imza atdığını bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması - əslində isə işğalçı ölkənin təslimçilik sənədinə imza atdığını bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə o özünün "facebook"dakı səhifəsində yazıb.

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.

Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, - deyə o qeyd edib.

Diplomatik mənbələrdən verilən məlumata görə, söhbət Ermənistanın kapitulyasiyasından gedir. Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin azad olunması sentyabrın 27-də başlanmış müharibənin taleyini həll edib. Ötən gün daha 72 kəndin və 8 strateji yüksəkliyin işğaldan azad olunmasından sonra Ermənistan ağ bayraq qaldırmağa məcbur olub.

Şuşanın azad edilməsindən sonra Nikol Paşinyan Azərbaycan Respublikası Prezident İlham Əliyevin tələbləri ilə razılaşmaq məcburiyyətində qalıb.

Qeyd edilir ki, yaxın saatlarda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə işğalçı ölkənin təslim olunması şərtlərinin uyğunlaşdırılacağı və razılaşmanın imzalanacağı videokonfrans keçiriləcək.

Sənəd cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasını, atəşkəsin elan olunmasını, Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq qısa müddətdə Ermənistanın işğalçı qoşunlarının Kəlbəcər, Laçın və Ağdamdan qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutur.

Azərbaycan Ordusu azad edilmiş ərazilərdə qalır. Qarabağın statusu müzakirələrin predmeti deyil.

Beləliklə, qışın yaxınlaşması ilə Azərbaycan Kəlbəcər kimi böyük, strateji baxımdan əhəmiyyətli rayonu, habelə Ermənistan tərəfindən ciddi müdafiə istehkamlarının qurulduğu Ağdam və Laçın rayonlarını işğaldan azad edə biləcək.

Bu, Azərbaycanın böyük hərbi-siyasi qələbəsidir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →