Böyük şəhərlərdə komendant saatı qüvvəyə mindi
Artıq ölkədə saat 22: 00-u keçib və bu vaxtdan etibarən Gürcüstanın böyük şəhərlərində: Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə hərəkət məhdudlaşdırıldı.
InterPress.ge xəbər verir ki, Qərar Koordinasiya Şurasının 7 noyabr tarixli iclasında verilib.
Qərara əsasən, adı çəkilən şəhərlərdə hərəkət 22: 00-dan 05: 00-dək məhdudlaşdırılacaq.
Məhdudiyyət həm piyadalara, həm də nəqliyyat və şəxsi nəqliyyat vasitələrində səyahət edənlərə şamil olunacaq.
Məhdudiyyət beynəlxalq avtomobil nəqliyyatı, strateji əhəmiyyətli obyektlərə, habelə tibb müəssisələrinin, əczaçılıq müəssisələrinin və kütləvi informasiya vasitələrinə, ə çatdırılma xidmətlərinin göstərilməsi üçün hərəkət edən şəxslərə və onların nəqliyyat vasitələrinə şamil edilmir.
Yol hərəkəti qaydalarını pozduğuna görə fiziki şəxs 2000 lari, hüquqi şəxs 10.000 lari cərimə olunacaq.


