09 
Nybr
2020
13:17
680

"Saat 22: 00-dan sonra qanun hər kəsə şamil edilir" - Kaladzedən etirazçılara xəbərdarlıq

"Hər kəsin mitinq keçirmək imkanı var. Saat 22: 00-dan sonrakı qanun isə hər kəsə şamil edilir".

InterPress.ge xəbər verir ki, bu barədə , Gürcü Arzusunun baş katibi Kaxa Kaladze brifinqdə deyib.

Onun sözlərinə görə, etirazçılar saat 22: 00-a qədər dağılmasa, hərəkətlərinə müvafiq cavab veriləcək.

"Sizi sakit olmağa çağırıram. Hər kəsin mitinq keçirmək imkanı var. Saat 22: 00-dan sonra qanun hər kəsə aiddir, həm mənə, həm də sizə, hər bir vətəndaşımıza aiddir. Əks təqdirdə buna müvafiq cavab veriləəcək",-dedi Kaladze.

Xatırlatmaq istərdik ki, Birləşmiş Müxalifət təmsilçiləri bu gün saat 18: 00-da Gürcüstan Parlamentinin qarşısına toplaşacaqlar və keçirilən parlament seçkilərinə etiraz edəcəklər.

Məlumat üçün bildirək ki, bu gündən etibarən böyük şəhərlərdə: Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə hərəkət axşam saat 22: 00-dan səhər 5: 00-dək məhdudlaşdırılacaq.

Bizimlə əlaqə saxlayın