InterPress.ge xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayır.
Tbilisi meriyası vətəndaşları qeyd olunan halları nəzərə almağa və mütəxəssislərin tövsiyələrini yerinə yetirməyə çağırır.
İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, 9 noyabr tarixindən etibarən Tbilisi də daxil olmaqla böyük şəhərlərdə saat 22: 00-dan 05: 00-a qədər piyada və nəqliyyat vasitəsi ilə hərəkət məhdudlaşdırılacaq.
Yeni tənzimləməyə görə, bu gündən etibarən Tbilisi metrosunun və bələdiyyə avtobuslarının hərəkəti saat 22: 00-da dayandırılacaq.
"Vətəndaşları səyahət planlaşdırarkən bu halları nəzərə almağa və mütəxəssislərin tövsiyələrini yerinə yetirməyə çağırırıq.
