09 
Nybr
2020
08:24
2985

Bu gündən etibarən yeddi şəhərdə komendant saatı qüvvəyə minir

Gürcüstanın yeddi böyük şəhərində gecə hərəkətinə qoyulan məhdudiyyətlər bu gündən etibarən qüvvəyə minəcək. Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Poti şəhərlərində hərəkət axşam 22: 00-dan səhər 05: 00-dək məhdud olacaq.

InterPress.ge xəbər verir ki, qərar İdarələrarası Koordinasiya Şurasının 7 noyabr iclasında verilib.

Məhdudlaşdırma piyadalarla yanaşı nəqliyyat və şəxsi nəqliyyat vasitələrinin istifadəçilərinə də şamil olunacaq.

Koordinasiya Şurasının qərarına əsasən məhdudiyyət aşağıdakılara şamil olunmayacaq: beynəlxalq yük daşımaları; Əməliyyat Qərargahı ilə razılaşdırılaraq, tibbi və əczaçılıq, strateji və media nümayəndələri və çatdırılma xidməti kuryerləri də daxil olmaqla rəsmi vəzifələrin icrası üçün hərəkəti vacib olan şəxslər və nəqliyyat vasitələrinə.

Şuranın qərarına əsasən, tibbi və əczaçılıq məqsədli və strateji əhəmiyyət daşıyan müəssisələr xaricində bütün təşkilatlar saat 22: 00-dək işləyəcəklər.

Baş nazirin müavini Maia Çkitişvilinin izah etdiyinə görə, əlavə nöqtə məhdudiyyətləri çərçivəsində, hərəkət məhdudiyyətini pozduğu üçün fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari məbləğində cərimə nəzərdə tutulur. Onun sözlərinə görə, sözügedən sanksiyalar karantin tədbirlərini tənzimləyən qanunla müəyyənləşdirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər