9 noyabr Azərbaycan Dövlət Bayraq Günü münasibətilə sabah Tbilisidə səkkiz yerdə monitorlarda Azərbaycan bayrağı nümayiş etdiriləcək.
Bu barədə İnterPress.ge-yə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Verlən məlumata görə, monitorlarda Azərbaycan bayrağı səhər tezdən günün sonuna dək nümayiş etdiriləcək.








