Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Co Bayden xalqa müraciət etdi: “Bölücü yox, birləşdirici prezident olacam”

613
Co Bayden xalqa müraciət etdi: “Bölücü yox, birləşdirici prezident olacam”
Dinləmək üçün basın

“Biz koronavirusa qalib gəlməliyik, ailələrimizin sağlamlığını təmin etməliyik. Biz koronavirusa qalib gəlmədən iqtisadiyyatımızı bərpa edə bilmərik”.

“Biz koronavirusa qalib gəlməliyik, ailələrimizin sağlamlığını təmin etməliyik. Biz koronavirusa qalib gəlmədən iqtisadiyyatımızı bərpa edə bilmərik”.

InterPress.ge xəbər verir ki, bu sözləri ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib.

Co Bayden bildirib ki, bazar ertəsi pandemiyaya qarşı mübarizə üçün ekspertlər qrupu yaradacaq.

Siyasi məsələlərdən danışan namizədin sözlərinə görə, respublikaçılar və demokratlar əməkdaşlıq etməlidirlər.

"Mən fəxr edirəm ki, demokratam, ancaq ölkəni bütün amerikalıların prezidenti kimi idarə edəcəm", - Bayden deyib.

“Seçkidə mənə qələbəni seçicilər verdilər”, - deyə o qeyd edib. Bayden bildirib ki, ABŞ-ın əvvəlki rəhbərlərindən çox seçici səsi toplayıb. Birləşmiş Ştatların 74 milyon seçicisi ona səs verib.

Bayden söz verib ki, ABŞ-ın dünyadakı nüfuzunu ona qaytaracaq. Demokrat namizəd prezident vəzifəsində amerikalıları birləşdirmək niyyətində olduğunu deyib. O, tərəfdarlarını rəqiblərinə düşmənçilik münasibət bəsləməməyə çağırıb.

"Mən bölücü yox, birləşdirici prezident olmağa söz verirəm. Biz Birləşmiş Ştatlara "mavilər" (demokratiklər-red) və ya "qırmızılar" (respublikaçılar-red) kimi yox, vahid Birləşmiş Ştatlar kimi baxırıq", - Co Bayden xalqa müraciətində vurğulayıb.

Donald Trampa səs verənlər, mən sizin bu axşamkı məyusluğunuzu anlayıram. Mən özüm bir neçə dəfə uduzdum. Amma gəlin indi bir-birimizə şans verək. Sərt ritorikanı təxirə salmaq, dərəcəni azaltmaq, bir-birimizi yenidən başa düşmək, dostun yenə dosta qulaq asmaq vaxtıdır", - o çıxışında deyib.

Bundan başqa, Bayden ABŞ-da irqçiliyin məhv edilməsi üzərində işləməyə söz verib. O, qeyd edib ki, ölkənin yeni vitse prezidenti olacaq Kamala Harris Birləşmiş Ştatların ilk qaradərili vitse-prezidenti kimi tarixə düşəcək.

Demokrat namizəd planetin iqliminə nəzarəti ələ alacağını da vəd verib.

Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərdə demokrat Co Baydenlə hazırkı prezident Donald Tramp dövlət başçısı postuna əsas iddialı olublar. ABŞ-ın bir sıra nüfuzlu mətbu orqanları seçkilərdə Co Baydenin qalib gəldiyini xəbər veriblər. Lakin seçkilərin rəsmi nəticələri hələ açıqlanmayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →