07 
Nybr
2020
13:15
1350

Qarşıdakı günlərdə havanın şəraiti necə olacaq?

"Bu gün Gürcüstan ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin Qısamüddətli Proqnozlar şöbəsinin müdiri Dodo Gvazava məlumat verib.

10-11 noyabr tarixlərində Gürcüstanın bəzi bölgələrində az yağıntı müşahidə oluna bilər.

"Bu gün və sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu gündən etibarən noyabrın 11-dək Şərqi Gürcüstanda yağış yağmayacaq. Bu gün Gürcüstanın hər yerində hava istiliyi azaldı, maksimum temperaturun 15-19 dərəcə aralığında olacağı gözlənilir. 8-9 Noyabr tarixlərində havanın temperaturu yenidən yüksələcək, Qərbi Gürcüstanda 20-22, Şərqi Gürcüstanda 19-20 dərəcə isti olacaq. 10-11 noyabr tarixlərində bəzi bölgələrdə az yağıntı ola bilər",- dedi Gvazava.

Bizimlə əlaqə saxlayın