07 
Nybr
2020
11:40
867

Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artır- REKORD

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 859 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 54 852 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 754 sağalma qeydə alınaraq 39 773 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 18 nəfər ölüb və ölənlərin ümumi sayı 441 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın