06 
Nybr
2020
21:35
1019

Koronavirusa yoluxan Baş nazir səhhətindən danışdı

"Sağlamlıq vəziyyətim daha yaxşıdır, evdəyəm, evdə müalicə alıram, ailə həkiminin tövsiyələrini tam yerinə yetirirəm və ən qısa müddətdə işə qayıtmağa çalışıram".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria İmedi TV-də deyib.

Bir müxbirin niyə özünü virusdan qoruya bilməməsi barədə sualına hökumət başçısı dedi ki, virus nə mövqeyi, nə də siyasi zövqü tanıyır.

"Əlbətdə ki, epidemioloqlar tərəfindən tövsiyə olunan bütün qaydalara əməl etdim, amma belə görünür ki, daha çox diqqət yetirməliydim və bu, hər bir vətəndaşımız üçün bir nümunədir. Bu virusu dayandırmaq üçün yeganə doğru yoldur. Əgər virusa yoluxmuşuqsa, burada həyəcan verici bir şey yoxdur. Həkimlərin tövsiyələrini sakitcə yerinə yetirməli və mümkün olduqda evdə və ya bir oteldə müalicə almalıyıq. Çətin hallarda isə xəstəxanada müalicə almalıyıq" - dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər