Saakaşvili: "Hamımız koronaya qarşı diqqətli olmalıyıq"
"Ölkənin bağlanması və xalqın oğurlanmış seçkiləri geri qaytarmaması üçün rəqəmlərin süni şəkildə artırıldığına əminəm".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti və Ukrayna İslahat İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili şəxsi feysbuk hesabında yazıb.
O ölkədəki etirazların bütün normalara uyğun olaraq davam etməsinin lazım olduğunu söylədi.
"Hamımız Koronaya qarşı diqqətli olmalıyıq, əlbəttə ki, bütün sanitariya normalarına riayət etməliyik, amma əminəm ki, indi rəqəmlər süni şəkildə şişirdilir ki, ölkə bağlansın və insanlar onlardan oğurlanan seçkiləri geri qaytara bilməsin. Bu səbəbdən ölkə daxilindəki etirazlar bütün normalara uyğun olaraq davam etməlidir",- deyə yazıb Saakaşvili.


