06 
Nybr
2020
14:32
713

Tikaradze müxalifətə müraciət etdi

"Bu gün siyasi prosesdə iştirak edən bütün tərəflərdən virusun yayılmasını təşviq etməmələrini, həkimlərin qəhrəmanlığı və xoşməramlılığından sui-istifadə etməmələrini xahiş edirəm".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradze Koordinasiya Şurası iclasından sonra keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, tövsiyələrin pozulması həm vətəndaşlar, həm də həkimlər üçün böyük risk daşıyır.

“Xalqımızdan və bu gün siyasi prosesdə iştirak edən bütün siyasi partiyalardan bütün dünyanın mübarizə apardığı virusun yayılmasına töhfə verməmələrini xahiş edirəm. Sosial məsafə virusa qarşı mübarizədə ən təsirli vasitə olaraq qalır. Nəticə etibarı ilə bütün bu çağırışların pozulması həm vətəndaşlarımız üçün, həm də virusla mübarizə aparan qəhrəman həkimlərimiz üçün çox böyük bir riskdir. Həkimlərimizin insanların həyatlarını qurtarmaq üçün son ana qədər mübarizə aparacaqlarına əminəm. Onların qəhrəmanlıqlarından, xeyirxahlıqlarından və millətə olan sevgilərindən sui-istifadə etməyin",- dedi Tikaradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər