06 
Nybr
2020
13:40
483

Oğurluq edən şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində Zuqdididə oğurluq faktı aşkar ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyindən verilib.

Məlumata görə,əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü D.Q. və1985-cı il təvəllüdlü R.Q. dəstə oğurluğu ittihamı ilə həbs olunub.

Əməliyyat-istintaq tədbirləri nəticəsində, təqsirləndirilən şəxslərin Zuqdididəki siyasi partiyalardan birinin ofisinə gizli şəkildə girdiyini aşkar edilib. D.Q. və R.Q. ofisdən televiziya və kompüter avadanlığı oğurlayıb. Polis hər iki şəxsi hadisə yerində tutub.

Qrup oğurluğu faktı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və 3-cü hissəsinin “a” bəndinə əsasən araşdırılır.

Cinayət ən çox 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın