DİN küçələrdə maskalara nəzarət etməyə davam edir - VİDEO
Daxili İşlər Nazirliyinin Patrul Polisi Şöbəsinin əməkdaşları, "Covid 19"un yayılmasına qarşı tətbiq edilən qayda və tövsiyələrin icrası məqsədi ilə, İdarələrarası Koordinasiya Şurasının qərarlarına uyğun olaraq xalqın toplandığı yerlərə fəal şəkildə nəzarət edirlər.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, patrul müfəttişləri Tbilisidəki bütün metro stansiyalarında səfərbər olunur və vətəndaşların təhlükəsizliyini təmin etmək, üçün mövcud qaydalara nəzarət edirlər.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün paytaxtda və Gürcüstanın bütün böyük şəhərlərində, eləcə də yarmarkalar ərazisindəki aqrar bazarlarda intensiv patrul xidməti həyata keçirirlər.
Daxili İşlər Nazirliyi vətəndaşları sosial distansiyanı qorumaq, maskanı düzgün taxmağa və polisin göstərişlərinə tabe olmağa çağırmağa davam edir, əks təqdirdə onlara qarşı qanunla müəyyən edilmiş tədbirlər görüləcəkdir.


