06 
Nybr
2020
12:22
629

Tbilisidə metrolarda xüsusi nəzarətə başlanıldı

Epidemioloji vəziyyətə görə Varketili, Axmeteli, Didube və Vağzal metro stansiyalarında sərnişin axınının pik həddində axını idarə etmək üçün xüsusi nəzarət başladıldı.

InterPress.ge xəbər verir ki, Tbilisi meriyası, qurumlararası Koordinasiya Şurasının tövsiyəsi ilə xalq sağlamlığı təhlükəsizliyi məqsədi ilə Tbilisi Metrosunda xüsusi tədbirlər həyata keçirir.

“Tbilisinin bir neçə metro stansiyasında bir neçə gərgin saat ərzində sərnişin axını xüsusi ayırıcı baryerlər və ziqzaqlar vasitəsi ilə idarə olunacaq. Birinci mərhələdə daha çox sərnişin axını olan dörd metro stansiyası seçildi. Bu metro stansiyaları: "Varketili", "Axmeteli", "Didube" və "Vağzal stansiyalarıdır".

Sərnişinləri sağlamlıq təhlükəsizliyi üçün metro girişlərində 2 metrlik distansiyanı qorumağa çağırırıq",- dedi Tbilisi Nəqliyyat Şirkətinin Media ilə əlaqələr meneceri Tamaz Robakidze.

Tbilisi meriyası əhalini Gürcüstan hökuməti tərəfindən verilən tövsiyələrə ciddi əməl etməyə, öz sağlamlıqlarına və ətrafdakı insanların sağlamlığına qayğı göstərməyə çağırır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər