06 
Nybr
2020
11:08
865

Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artır- YENƏ REKORD

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 775 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 51 993 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 560 sağalma qeydə alınaraq 37 019 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 22 nəfər ölüb və ölənlərin ümumi sayı 423 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər