DTX-dan çıxan İrakli Kobaxidze açıqlama verdi
Dövlət Təhlükəsizliyi Xidmətində Gürcü Arzusunun İcra katibi İrakli Kobaxidzenin dindirilməsi başa çatdı.
InterPress.ge xəbər verir ki, o, DTX-dan çıxdıqdan sonra açıqlama verib.
Kobaxidzenin qeyd edib ki, sorğusu brifinqdə səsləndirilə inqilabi ssenari ilə əlaqədar idi.
"Bir neçə gün əvvəl yaydığım məlumatlarla bağlı Dövlət Təhlükəsizlik Xidmətindən mənimlə əlaqə saxladılar. İnqilabi ssenari çərçivəsində "Milli Hərəkatın" liderlərinin və fəallarının hazırlığı barədə məlumatım var idi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətində məlumat mənbəyini, məlumatların məzmunu ilə yanaşı insanların siyahısını da təqdim etdim. Bununla bağlı istintaq başlanıldı.
Xüsusi qruplar yaradılmışdı, hansı ki, müəyyən gücə sahib idilər, müəyyən silahları var idi. Onlar silahla dolaşırdılar, üzərlərində elektroşok və s. var idi, hansı ki, seçki günü bu təsdiqləndi", - dedi Kobaxidze.
"Seçkidən sonrakı dövr üçün bəzi planlar var idi və məlumatımı Təhlükəsizlik xidmətinə çatdırdım. Onların rəhbərlərinin adlarını çəkdik. Bu, böyük cinayətkar, dağıdıcı siyasi qüvvənin lideri olan Mixail Saakaşvilinin yaratdığı ssenarinin bir hissəsidir. Bu partiyanın nümayəndələri, məsələn, bu ssenarinin həyata keçirilməsində Devi Çankotadzenin, Dimitri Şaşkinin adlarını çəkmək istərdim, hamısı onlar tərəfindən planlaşdırılmışdı, əlbəttə ki, profilaktik tədbirlər görməliyik. Təhlükəsizlik xidmətini mənə gələn məlumatlar əsasında məlumatlandırdım. Mənbənin adının çəkilməsini vacib hesab etsələr, bu da problem deyil", - dedi Kobaxidze.


