Dmanisidə bir nəfər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin Dmanisi Şöbəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü B.O. -nu sağlamlığa qəsdən ziyan vurmaq və odlu silahların qanunsuz olaraq alınıb-saxlanılması-daşınması ittihamı ilə saxlayıb.
InerPress.ge xəbər verir ki barədə Daxili İşlər Nazirliyi məlumat verilib.
İstintaq müəyyən edib ki, cari ilin 1 noyabrında Dmanisi Bələdiyyəsinin Cavaxi kəndi yaxınlığında baş verən mübahisə zamanı təqsirləndirilən şəxs öz qohumu, Dmanisi Sakrebulo sədri, 1966-cı il təvəllüdlü M.O.-nu ayağından vuraraq hadisə yerindən qaçıb. Yaralı şəsxin həyatı üçün təhlükə yoxdur.
Polis istifadə olunmuş odlu silahı götürüb.
Gürcüstan Cinayət Məcəlləsinin 118 və 236-cı maddələri ilə sağlamlığa qəsdən az miqdarda ziyan vurulması və qanunsuz olaraq odlu silah alqı-satqısı, saxlama və gəzdirmə faktı üzrə istintaq aparılır.
Cinayət ən çox 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.


