05 
Nybr
2020
11:05
941

Gürcüstanda koronavirusla bağlı son vəziyyət - REKORD

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2,401 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 49 218 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2,289 sağalma qeydə alınaraq 33 459 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 20 nəfər ölüb və ölənlərin ümumi sayı 401 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər