05 
Nybr
2020
10:03
1489

Qardabani-Rustavi yolunda bir nəfər saxlanıldı - VİDEO

Kvemo Kartli Polis Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda narkotikin qanunsuz alqı-satqısı ittihamı ilə 1987-ci il təvəllüdlü N.K-nı saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirlyindən məlumat verilib.

Polis əməkdaşları Qardabani-Rustavi avtomobil yolunda avtomobili ilə hərəkət edərkən təqsirləndirilən şəxsi saxlayıblar. N.K-nin əl çantalarına baxış nəticəsində polis, sübut olaraq bir kiloqrama qədəri eroin olmaqla, dörd kiloqrama qədər narkotik maddə ələ keçirib.

Külli miqdarda narkotik maddənin qanunsuz alınması və saxlanması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsi ilə istintaq aparılır. Cinayət maksimum səkkiz ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər