Müxalifət Batumidə etiraz aksiyası keçirir
"Bidzina Get", "Hərəkət elə", "Seçkilər saxtalaşdırıldı" - müxalifət partiyaları üzvləri və fəallar bu şüarlarla Batumidə yürüş edirlər.
InterPress.ge xəbər verir ki, etirazçılar yeni bulvarın ərazisinə toplaşaraq etirazçıların bəzilərinin toplandığı Acarıstan Hökumət Evinə doğru hərəkət edirlər.
Etirazçılar deyirlər ki, MSK sədri Tamar Jvania parlament seçkilərində saxtakarlıqda iştirak etdiyi üçün cəzalandırılmalıdır. Gürcüstan xalqının seçiminin 31 oktyabrda oğurlandığına inanırlar.
Onların əsas tələbi ölkədə növbədənkənar parlament seçkiləri keçirilməsidir.
İştirakçıların sözlərinə görə Birləşmiş müxalifət üzvləri 8 noyabr bazar günü Batumidə geniş miqyaslı mitinq keçirməyi planlaşdırırlar.
"Səslərimizi qorumaq üçün çıxdıq, bu mübarizəni mütləq sonlandıracağıq və Bidzina İvanişviliyə xalqın gücünü göstərəcəyik. 31 Oktyabrda keçirilən parlament seçkilərini bir Rus oliqarx qazandı, buna heç birimizin icazə verməyəcəyik",-dedilər aksiya iştirakşıları.
Məlumat üçün bildirək ki, artıq dünəndən etibarən Batumidə etiraz mitinqləri başlayıb.


