Tbilisidə 1489 sərnişin avtobusa maskasız minməyə cəhd etdi və 1567 sərnişinə maska haqqında xəbərdarlıq edildi
"Noyabrın 3-də Tbilisidə 1489 sərnişin avtobusa maskasız minməyə cəhd etdi və buna müvafiq cavab verildi. 1567 sərnişinə maska haqqında xəbərdarlıq edildi və iki halda patrul polisi çağrıldı"
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Bələdiyyə Başçısı Kaxa Kaladze hökumət iclasından əvvəl deyib.
Tbilisi Bələdiyyə Başçısının dediyinə görə, 63 nəfər mikroavtobusa maskasız girməyə çalışıb, ancaq sonra nəzarət xidməti işçilərinin sözlərinə əməl ediblər.
Kaladzenin sözlərinə görə, metroya, avtobuslara və mikroavtobuslara nəzarət davam edir.
“Nəqliyyatda maska istifadəsinə mümkün qədər nəzarət edirik, çünki bu virusdan qorunma vasitələrindən biridir. Nəqliyyatda maska taxmaq məcburidir. Bu vasitə ilə biz özümüzü və ətrafımızdakı insanları qoruyuruq",- dedi Kaladze.


