04 
Nybr
2020
11:30
797

Gürcüstanda koronavirusla bağlı son vəziyyət - Yeni yoluxma sayı iki mini ötdü

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 295 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 46 817 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 537 sağalma qeydə alınaraq 31 170 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 19 nəfər ölüb və ölənlərin ümumi sayı 381 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər