04 
Nybr
2020
11:02
593

Kobaxidze: "Parlamentdə yalnız "Gürcü Arzusu" nun olması doğru olmayacaq"

"Müxalifət, əsas arqument olaraq protokollardakı səhvləri əsas gətirərək parlamentə girməməyin səbəblərindən danışarkən hər şeyi nəzərə alırıq. Bu gün MSK-da bu səhvlərin nə haqda olduğu danışılacaq".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının İcra katibi İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, müxalifətin yanlışlıqlar ilə bağlı yeganə arqument tezliklə təkzib ediləcək.

"Gürcü Arzusu bu seçki sisteminin nəzərdə tutduğu nəticəni təmin etmək üçün mümkün olan hər şeyi edəcəkdir. Yalnız Gürcü Arzusunun parlamentdə olması doğru mənzərə olmayacaq, əksinə müxalifət bu mənzərədə məsuliyyət daşıyacaq.

Hər şeyin aydın olması üçün hər şeyi edəcəyik",- dedi İrakli Kobaxidze.

Məlumat üçün bildirək ki, bütün müxalifət partiyaları parlamentə girməkdən imtina etdilər. Onlar seçkiləri saxtalaşdırılmış hesab edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər