28 
Fev
2020
14:33
1881

Problemini oğru dünyasının adamları ilə həll etmək istəyən iş adamı saxlanıldı - VİDEO

Kutaisidə problemlərini oğru dünyasının köməyi ilə həll etmək istəyən iş adamı saxlanılıb.

InterPress.ge xəbır verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

İstintaqa görə, Kutaisidəki restoranlardan birinin sahibi olan müttəhim fərdi sahibkarla maliyyə mübahisələrini həll etmək üçün Türkiyədə oğru dünyasının üzvü olan iki gürcüdən kömək üçün müraciət edib.

Oğruların söhbəti nəticəsində kriminal avtoritetlər restoran sahibinin xeyrinə maliyyə mübahisəsini həll ediblər və iş ortağına təxminən 200 min dollar borc yazıblar.

Polis Kutaisidə restoran sahibini saxladı. Maddi sübut kimi, qanuni oğrularla əlaqə saxladığı evdən kompüter avadanlığı və mobil telefon götürdqlər.

İstintaq "oğrular camaatına üzv olmaq" maddəsi ilə aparılır. Bir məhbus üç ildən yeddi ilədək həbs cəzası ilə üzləşir.

Bizimlə əlaqə saxlayın