"Bu gün aşkarlanan 943 yeni yoluxma halından, 650-si Tbilisidə, 506-sı Acariyada, 324-ü İmeretidə, 46-ı Kvemo Kartlidə, 100-ü Şida Kartlidə, 47-si Quriada, 47-si Sameqrelo-Zemo Svanetidə, 23-ü Kaxetidə, 23-ü Mçxeta-Mtianetidə, 4-ü Samçxe-Cavaxetidə qeydə alınmışdır. Raca-Leçxumi və Kvemo Svanetiyə gəldikdə isə burada 4 yoluxma halı aşkarlanmışdır".
InterPress.ge xəbər verir ki, bu barədə Koordinasiya Şurasının Əməliyyat Qərargahı rəisinin müavini Berdia Sicinava Hökumət İdarəsində keçirdiyi brifinqdə deyib.
Berdia Sicinavanın qeyd etdiyinə əsasən, hal-hazırda 15501 aktiv yoluxmuş halı mövcuddur.
