02 
Nybr
2020
23:25
1367

Marneulidə media nümayəndəsinə qarşı zorakılıq edilib

Marneulidə Aktual.ge xəbər portalının icraçı direktoru İlkin Hüseyinov-a qarşı zorakılıq edilib.

InterPress.ge xəbər verir ki, bu barədə İlkin Hüseyinov öz şəxsi feyzbuk səhifəsində yazıb.

İ. Hüseynov qeyd edir ki, Marneuli bələdiyyəsinin əməkdaşı Orxan Nəbiyev tərəfindən Marneulinin mərkəzi küçəsində yerləşən Ata Holding parkında zorakılıqa məruz qalıb.

"31 oktyabr Marneuli rayonunun 5 saylı seçki məntəqəsində bir jurnalist olaraq çəkiliş etdiyim üçün hakim "Gürcü Arzusu"nun tərəfdarı, Marneuli bələdiyyəsinin əməkdaşı və Savalan Mirzoevin qaynı Orxan Nəbiyev az öncə məni Marneulidə "Ata Holding" parkında döyməyə cəhd etdi və ünvanıma qarşı nalayiq sözlər dedi. Bunu söz azadlıqına və jurnalistikaya eləcədə mediaya hücum olaraq qiymətləndirirəm. Biz Aktual.ge xəbər portalı olaraq sadəcə ölkəmizdə və bölgədə baş verən xəbərləri çatdırırıq insanlara, pis bir işmi görürük? Buna görə söyülməliyikmi? Buna görə bizi döyməyəmi cəhd etməlidirlər?", - deyə İ. Hüseynov yazır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər