28 
Fev
2020
12:11
1689

Gürcüstanda ağır yol qəzası baş verib - Üç nəfər həlak olub

Qərbi Gürcüstanda baş verən yol qəzasında üç nəfər ölüb, daha iki nəfər ağır yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə yerli Atinati radiosu məlumat yayıb.

Qəza gecə saatlarında Zuqdidi rayonunun Darçeli kəndində meydana gəlib.

Mediada yayılan məlumatlara görə, sürücü idarəetməni itirərək ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib. Üç sərnişin ölümcül yaralanaraq yerindəcə ölüblər. Ölənlər arasında gənc evli cütlük olub.

Qəzanın daha iki qurbanı Zuqdidi Referral Xəstəxanasına aparılıb. Həkimlərin dediyinə görə, xəstələrdən birinin vəziyyəti kritikdir. Həmin şəxs reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Digər zərərçəkənin vəziyyəti ağır, lakin sabitdir.

Faktla bağlı istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın