02 
Nybr
2020
12:53
595

Müxalifət genişmiqyaslı aksiyaya hazırlaşır

"8 Noyabrda elan edilən mitinq ümumi milli bir etiraz olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Serqi Kapanadze məlumat verib.

"Etirazçıların əsas tələbi erkən seçkilərin keçirilməsi olacaq.

Bu, 31 oktyabr seçkiləri ilə müşayiət olunan seçicilərə qarşı geniş miqyaslı təsir, saxtakarlıq və zorakılıqdan narazı olanların aksiyası olacaq. Bu hər hansı bir partiya aksiyası olmayacaq. Bu ümumi milli bir aksiya olacaq və heç bir tərəflə əlaqəsi olmayacaq. Baş verənlərə etiraz etmək xalqın haqqıdır. Tələbimiz, müvafiq qaydalara uyğun seşkilərin keçirilməsidir.
Ən önəmlisi isə bütün bunları edən seçki administrasiyası şərtləri daxilində olmayan qaydalara uyğun olan seçki keçirməkdir",- dedi Kapanadze.

Məlumat üçün bildirək ki, müxalifət partiyalarının nümayəndələri 8 Noyabr bazar günü saat 15: 00-da genişmiqyaslı aksiya elan ediblər.

Bizimlə əlaqə saxlayın