02 
Nybr
2020
12:27
1796

Hansı partiyanın parlamentə neçə deputatla girəcəyi məlum oldu - SİYAHI

MSK səslərin sayılmasını başa çatdırdı və artıq hansı partiyanın parlamentə neçə deputatla girəcəyi məlum oldu. Ən çox millət vəkili hazırkı iqtidar partiyasının olacaq.

InterPress.ge xəbər verir ki, proporsional səslərə görə, partiyalar arasında 120 mandat aşağıdakı şəkildə paylandı:

"Gürcü Arzusu" - 61 millət vəkili;

"Milli Hərəkat" - "Güc Birlikdədir" - 35 millət vəkili;

"Avropa Gürcüstanı" - 5 millət vəkili;

"Strategiya Ağmaşenebeli" - 4 millət vəkili;

"Lelo" - 4 millət vəkili;

"Vətənpərvərlər İttifaqı" - 4 millət vəkili;

"Qirçi" - 4 millət vəkili;

"Vətəndaşlar" - 2 millət vəkili;

"Leyboristlər Partiyası" - 1 millət vəkili.

Qeyd edək ki, "Gürcü Arzusu" artıq 30 majoritar seçki dairəsindən 14-də qalib gəldi, bu o deməkdir ki, hal-hazırki məlumatlara əsasən artıq partiyanın 75 mandatı var.

Qalan 16 seçki dairəsində 2-ci tur keçiriləcək, əgər Gürcü Arzusu ən azından birində qazanarsa, o yenə də parlament çoxluğunda olacaq.

Müxalifət partiyalarının bir hissəsi MSK-nın nəticələrinə etibar etmədiklərini və parlamentə girməkdən imtina edəcəklərini söylədi. Onların dəqiq sayı məlum deyil.

Bizimlə əlaqə saxlayın