Bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı
"Bu gün aşkar edilən 1852 yoluxma halından 650-si Tbilisidə, 389-u Acariyada, 441-i İmeretidə, 68-i Kvemo Kartlidə, 51-i Şida Kartlidə, 28-i Quriada, 114-ü Sameqrelo və Zemo Svanetidə, 20-si Kaxetidə, 51-i Mçxeta-Mtianetidə, 27-si Samçxe-Cavaxetiyada,113-ü Raca-Leçxumi və Kvemo Svanetidə qeydə alınmışdır".
InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahı rəisinin müavini Berdia Sicinava Hökümət Administrasiyasında keçirdiyi brifinqdə deyib.
Berdia Sicinavanın qeyd etdiyinə əsasən, bu mərhələdə aktiv yoluxma halı 15 411-dir.
"Sağalan insanların artması baxımından hələ də müsbət dinamikanı qoruyuruq. Xüsusilə son 24 saat ərzində 1696 nəfər sağaldı və sağalmış insanların ümumi sayı 26800-ə yüksəldi", - dedi Sicinava.


