02 
Nybr
2020
10:54
1021

Gürcüstanda koronavirusa yoluxmanın sayı kəskin artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1,852 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 42 579 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 696 sağalma qeydə alınaraq 26.800 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 7 nəfər ölüb və ölənlərin ümumi sayı 342 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın