01 
Nybr
2020
19:48
1806

Etirazçılar və polis arasında qarşıdurma baş verdi - FOTO

Etirazçılar və polis arasında “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvilinin iş mərkəzinin yaxınlığında qarşıdurma baş verib.

ImterPress.ge xəbər verir ki, qarşıdurma, hüquq-mühafizə orqanlarının etirazçıların iş mərkəzinin giriş qapısına yaxınlaşmasına icazə verməməsindən sonra başlayıb.

Etirazçıların əvvəlcə Rustaveli prospektində parlamentin qarşısına toplaşmasına baxmayaraq daha sonra İvanişvilinin iş mərkəzinə yürüş etdilər.

Xüsusilə "Avropa Gürcüstanı" nın liderlərindən biri Gigi Ugulava, "Ağmaşenebeli Strategiyası" nın lideri Giorgi Vaşadze, "Milli Hərəkat" üzvü Nika Melia, "Lelo" və digər müxalifət partiyalarının nümayəndələri iş mərkəzinin yaxınındadır.

Müxalifət qrupları hökumətin seçkiləri saxtalaşdırdığını söyləyərək əlavə seçkiləri boykot etməyə çağırdılar. Onların fikrincə, ölkədə azad seçkilər keçirilməlidir.

Bizimlə əlaqə saxlayın