Marneulidə Azərbaycan hərbiçilərinə yardım aksiyası başlayıb
Marneulidə fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə Təşkilatı (MERT) ikinci Qarabağ müharibəsində iştirak edən Azərbaycan hərbiçilərinə dəstək aksiyasına start verib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı təşkilatın rəhbəri İsa Qarayev verib.
Onun sözlərinə görə, aksiya Gürcüstanla yanaşı, həmçinin Türkiyədə də həyata keçiriləcək.
İsa Qarayevin qeyd etdiyinə görə, Azərbaycan hərbiçiləri üçün isti geyimin və bayraqlar alınacaq. Bunların hamsı Türkiyədən alınacaq və bir başa Qarabağ, ön cəbhəyə göndəriləcək.
Dəstək olmaq istəyən şəxslər aşağıdakı hesablara pul köçürə və yaxud təşkilatın nümayəndələri ilə əlaqə saxlaya bilərlər.
BANK HESABI: GE73BG0000000162110164
FONDUN BANK HESABI: GE20BG0000000345938534
NƏĞD ÖDƏMƏK ÜÇÜN ÜNVAN: MARNEULİ, ÇOLOKOAŞVİLİ KÜÇƏSİ N3
ƏLAQƏ NÖMRƏSİ +995593783169
TÜRKYƏ TƏMSİLÇİSİ
HESAB NÖMRƏSİ: 143-57829695-5004 ZİRAAT BANKI
TELEFON NÖMRƏSİ: KAZIM KIVRAK: +905324742754


