26 
Okt
2020
14:05
473

Adminstrasiya rəhbəri: "Qaydalara nə qədər çox əməl etsək, o qədər az və yerli məhdudiyyətlər əldə edəcəyik

"Üç şəhərdə - Tbilisidə, Batumidə və Kutaisidə maska taxmağı sərt surətdə tövsiyə etdik və vətəndaşlarımızın bu qaydaya diqqətlə riayət etmələri vacibdir, xüsusən məsafəni qorumağın mümkün olmadığı yerlərdə, məsələn növbədə dayanmaqda, dayanacaqlarda".

InterPress.ge xəbər verir ki, bu barədə Natia Mezvrişvili Koronavirusla bağlı Təşkilatlararası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə belə deyib.

Onun qeyd etdiyinə əsasən, qaydalara riayət etmək birbaşa virusun yayılmasının ləngiməsi ilə bağlıdır.

"Açıq havada da maskadan istifadı etmək, xüsusən də Tbilisi, Kutaisi və Batumidə tövsiyə olunur. Qaydalara riayət etmək virusun yayılmasının ləngiməsi ilə birbaşa əlaqəli olduğundan həkimlər və epidemioloqlar bu barədə danışırlar. Maska taxmaq və məsafəni qorumaq barəsində qaydalara 90% uyğunluq göstərsək, virusun yayılmasını təxminən 70% azalda biləcəyik və ən əsası, qaydalara nə qədər çox əməl etsək, o qədər az nöqtə və yerli məhdudiyyətlər əldə edəcəyik" , - dedi Natia Mezvrişvili.

Bizimlə əlaqə saxlayın