22 
Okt
2020
11:00
913

Gürcüstanda koronavirusa yoluxma sayı yenə REKORD VURDU

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 595 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 22 803 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 398 sağalma qeydə alınaraq 9 401 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, 6 nəfər koronavirusdan vəfat edib və ümumi say 178 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın