21 
Okt
2020
23:29
927

Meşveliani Dmanisidə baş verən hücumdan danışdı - "dörd nəfər yaralı var"

"Gürcü Arzusu ofisində baş verən hadisə nəticəsində 4 nəfər xəsarət alıb, onlardan biri qərargah üzvüdür".

InterPress.ge xəbər verir ki, bu barədə Dmanisidə Gürcü Arzusunun majoritar deputatlığa namizədi Qoqi Meşveliani açıqlama verərkən bildirib.

Meşvelianinin sözlərinə görə, hücum edənlərin dəqiq sayı ilə əlaqədar məlumata sahib deyil.

Majoritar namizəd bu hadisənin arxasında duranın Vahid Milli Hərəkat partiyasının olduğunu istisna etmir.

"Təxminən iki saat əvvəl Gürcü Arzusunun Dmanisidəki qərargahı soyuq silahla silahlanmış sərxoş şəxslər tərəfindən hücuma məruz qaldı. Seçkiöncəsi mühiti gərginləşdirmək, seçki prosesinə mümkün qədər çox ziyan vurmaq və qeyri-qanuni bir seçki prosesi illüziyası yaratmaq məqsədli olan bir siyasi qüvvənin təxribatıdır. Təəssüf ki, bu hücum, iştirak edən şəxslərin fiziki zədələnməsi ilə nəticələndi. Hadisədə həm fəal üzvümüz həm də hücum edənlər xəsarət aldı. Hüquqmühafizə orqanlarının bu hadisəni tezliklə araşdıracaqlarına və yalnız iştirakçıları deyil, sifarişçilərin və təşəbbüskarların da məsuliyyətə cəlb ediləcəklərinə ümid edirəm.

Gürcü Arzusu ofisinə gələn hücumçular, onlara xəsarət yetirmək üçün Gürcü Arzusu regional şöbəsinin sədrini, qərargah rəhbərini axtarırdılar ki, bu da qarşıdurmaya səbəb oldu", - dedi Meşveliani.

Bizimlə əlaqə saxlayın