DİN Zuqdididə Gücüstan Bankına olan hücm haqqında açıqlama verir
Daxili İşlər Nazirliyi, silahlı bir şəxsin Zuqdididəki bir banka müdaxiləsi ilə bağlı açıqlama yaydı.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinə saat 14:21 radələrində Zuqdidi şəhərinin Zviad Qamsaxurdia prospektində yerləşən banklardan birinə silahlı şəxsin müdaxiləsi barədə məlumat daxil olub.
“Polis əməkdaşları, dərhal cavab rejimində hadisə yerinin ətrafını mühasirəyə alıb və cinayətkarı zərərsizləşdirmək üçün əməliyyat başladıb. Hazırda hüquq-mühafizə orqanları səfərbər olunub, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Polis əməliyyatının dinc keçirilməsi üçün hadisə yerinə yaxın ərazilərdə təhlükəsizlik standartlarına riayət etmək vacibdir. Daxili İşlər Nazirliyi medianı təhlükəsizlik normalarına riayət etməyə, polis hadisəsi və xüsusi təyinatlıların həyata keçirdiyi əməliyyatın canlı görüntülərini yayımlamamağa çağırır. Bu, vətəndaşların və polis məmurlarının həyatını və sağlamlıqlarını təhlükə altına qoyur.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 179, 236 və 144-cü maddələri ilə istintaq başladıldı. Daxili İşlər Nazirliyi ictimaiyyətə mərhələli şəkildə məlumat verəcək ”,-deyə nazirlikdən bildirilib.