Ermənistanda onlarla insan koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Yanvarın ikinci ongünlüyündən Ermənistanda koronavirus şübhəsi ilə onlarla insan xəstəxanaya yerləşdirilib.
Bu barədə InterPress.ge bu ölkənin mətbuatına istinadən xəbər verir.
Ermənistan hökuməti yanında səhiyyə və əməyin müfəttişi orqanının rəhbəri Akop Avakyan bildirib ki, ölkəyə gələn vətəndaşların yalnız temperaturu ölçülmür, onlar bundan başqa xarici müayinədən də keçirilir.
O, qeyd edib ki, yanvarın 24-dən 36 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. A.Avakyan xaricdən gələn ermənilərin hava limanlarında nəzarətə götürüldüyünü, bu istiqamətdə Xarici İşlər Nazirliyi və digər dövlət orqanları ilə əməkdaşlıq etdiklərini bildirib.
A.Avakyan bununla belə xəstəxanaya yerləşdirilmiş şəxslərin neçəsində koronavirusun qeydə alındığını açıqlamayıb.