14 
Okt
2020
21:30
2253

Marneulinin Kürtlər kənd sakinləri Azərbaycana dəstək nümayiş etdirdilər

Marneulinin Kürtlər kənd sakinləri Azərbaycana dəstək nümayiş etdiriblər.

InterPress.ge xəbər verir ki, onlar Azərbaycanın haqlı mübarizəsində Azərbaycana hər zaman dəstək olduqlarını qeyd ediblər.

Kənd sakinlərindən biri Abdulla Abdullayev Qarabağda əldə olunan uğurlardan dolayı qürur hissi keçirdiyini ifadə edib.

"Bütün dünya azərbaycanlılarının ürəyi Qarabağla döyünür. Qarabağda əldə olunan uğurlar ən çox bizləri sevindirir və qürurlandırır. Azərbaycan xalqı biz hər zaman sizinləyik. Qarabağ Azərbaycanındır! Qarabağ bizimdir! Yaşasın Azərbaycan Prezidenti!".

Həmçinin digər kənd sakinin Lətif Hüryənov da Azərbaycanı və Prezidentini dəstəklədiyini bildirib.

"Biz gürcüstanlılar olaraq Azərbaycanın haqlı mübarizəsində Azərbaycan xalqının və Prezidentinin yanındayıq".

Bizimlə əlaqə saxlayın