14 
Okt
2020
14:17
964

Amiran Qamğrelidze: "Ən çox bu üç bölgəyə diqqət yetirilməlidir"

"Bu gün ən yüksək göstəricinin qeydə alındığı paytaxt da daxil olmaqla ən çox üç bölgəyə diqqət yetirilməlidir- bu, yeni yoluxma hallarının 44 %-ni təşkil edən 297 hal Tbilisidir".

InterPress.ge xəbər verir ki, bu haqda qurumlararası koordinasiya şurasının iclasından sonra Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Onun qeyd etdiyinə görə, son bir ayda ölkənin ən qaynar nöqtəsi Acara idi, burada daim yüksək yoluxma halı müşahidə olunurdu, indi isə Acarıstanda tədricən azalma əlamətləri var.

"Bu səhər aşkarlanan 680 haldan 189-u Acarada, ümumi yoluxma hallarının 100-də 28%- ni təşkil edir. Bildiyiniz kimi, son bir ayda Acarıstanda infeksiyanın 65-70% -i müşahidə edilirdi. Bu gün ən çox üç bölgəyə, paytaxt da daxil olmaqla diqqət yetirilməlidir. Bu gün qeydə alınan ən yüksək 297 halın qeydə alındığı Tbilisidə yoluxma hal sayı yüzdə 44%-i təşkil edir. İmereti də yüksək yoluxma halı aşkarlanan bölgələrdəndir. Burada 150 yeni hal qeydə alınıb ", - dedi Amiran Qamğrelidze. .

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər