Gürcüstan pasport indeksində irəlilədi - Gürcüstan vətəndaşları 49 ölküyə vizasız gedə bilər
Beynəlxalq təşkilat Hanley & Partners oktyabrın 13-də dünya pasportlarının dəyərinin yenilənmiş indeksini ictimailəşdirib.
InterPress.ge xəbər verir ki, indeksdə 1-ci yeri Yaponiya tutur. Yaponiya vətəndaşları 191 xarici ölkəyə vizasız səyahət edə bilirlər.
2020-ci ilin pasport indeksində Gürcüstan 1 addım yaxşılığa doğru irəliləyib. Gürcüstan hal-hazırda 49-ci yerdə qərarlaşıb. 2019-cu ildə isə ölkəmiz 50-ci yerdə idi. Gürcüstan vətəndaşları vizasız 115 ölkəyə səyahət edə bilər. 2019-cu ildə isə vizasız 114 ölkəyə vizasız səyahət etmək mümkün idi.
2018-ci ildə Gürcüstan bu siyahıda 50-ci yerdə idi.
Qalan illərdə sözügedən siyahıda Gürcüstan bu cür görünür :
2017 - 68-ci yer
2016 - 71-ci yer
2015 - 79-cu yer
2014 - 67-ci yer
2013 - 67-ci yer
2012 -73-cü yer
2011 -73-cü yer
2010 -72-ci yer.
2020-ci ilin ən yaxşı pasportu olan ölkələr bunlardır :
Yaponiya - (191 ölkəyə vizasız)
Sinqapur - 190 ölkəyə vizasız
Cənubi Koreya, Almaniya - 189 ölkəyə vizasız
İtaliya, Finlandiya, İspaniya, Lüksemburq - 188 ölkəyə vizasız
Danya, Avstriya - 187 ölkəyə vizasız
İsveç, Fransa, Portuqaliya, Niderland, İrlandiya - 186 ölkəyə vizasız
İsveçrə, ABŞ, Böyük Britaniya, Norveç, Belçika, Yeni Zelandiya - 185 ölkəyə vizasız
Yunanıstan, Malta, Çex, Avstraliya - 184 ölkəyə vizasız
Kanada - 183 ölkəyə vizasız
Uruqvay - 182 ölkəyə vizasız.
Qeyd edək ki, təşkilat pasport reytinqlərini 2006-cı ildən ictimailəşdirir.