Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

WhatsApp-da kimin sizi əngəllədiyini öyrənə bilərsiniz – NECƏ?

3,504
WhatsApp-da kimin sizi əngəllədiyini öyrənə bilərsiniz – NECƏ?
Dinləmək üçün basın

WhatsApp ani mesajlaşma tətbiqində xoşagəlməz bir xüsusiyyət var, hansı istifadəçinin sizi blok etdiyini anlamaq çox çətindir. Lakin mütəxəssislər bunu aşkarlayacaq yeni üsul tapıblar. Artıq WhatsApp-da kimin tərəfindən…

WhatsApp ani mesajlaşma tətbiqində xoşagəlməz bir xüsusiyyət var, hansı istifadəçinin sizi blok etdiyini anlamaq çox çətindir. Lakin mütəxəssislər bunu aşkarlayacaq yeni üsul tapıblar. Artıq WhatsApp-da kimin tərəfindən bloklandığınızı öyrənə biləcəksiniz.

InterPress.ge xəbər verir ki, mütəxəssislərin fikrincə, sözügedən şəbəkədə bir istifadəçi tərəfindən qara siyahıya düşüb-düşməməyi aşkarlayacaq 100% yol yoxdur.

Ancaq bunu öyrənməyə kömək edəcək bir sıra dolayı üsullar var. Məsələn, əgər bir istifadəçi sizi əngəlləyibsə, onu heç vaxt onlayn görə bilməyəcəksiniz. Həmçinin sizi əngəlləyən şəxsin profil şəklini də görmək mümkün deyil. Bununla yanaşı əgər istifadəçilərdən biri sizi qara siyahıya əlavə edibsə, siz onun paylaşdığı statusları da görə bilməyəcəksiniz. Sizi əngəlləyən istifadəçiyə mesaj yazdıqda o mesaj ümumiyyətlə həmin şəxsə çatmır, yəni təsdiq işarəsi bir xətt olur.

Ən əsas üsul isə sizi əngəllədiyini düşündüyünz şəxsin nömrəsini söhbətə əlavə etməkdir. Əgər bunu edə bilməsəniz, əmin olun ki, siz artıq qara siyahıdasınız.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →