Interpress.ge IPN-ə istinadən məlumat verir ki, istintaq strukturlarının nümayəndələri "Brol" inşaat materialları şirkətindədirlər.
Yayılan məlumatlara görə sənədləri çıxarmaq üçün xüsusi təyinatlılar şirkətə məxsus əraziyə gətirilib.
Hal hazırda heç kimin saxlanılmadığı bildirilib.
Gürcüstanın Baş Prokurorluğundan bildirilir ki, xüsusi əməliyyatla bağlı açıqlama bildiriləcək.
