12 
Okt
2020
10:27
474

Parlament sədri: "Kifayət qədər dəstəyimiz var"

"Bu seçkilərdə qalib gəlmək, çoxluğu hökumətin tərkibini yaratmaq üçün kifayət qədər dəstəyimiz var".

InterPres.ge xəbər verir ki, bu barədə Parlament sədri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib.

O, eyni zamanda son qanunvericilik islahatlarına da diqqət çəkərək, nəticədə ölkənin daha sabit bir siyasi sistemə sahib olacağını qeyd edib.

"Bütün nüfuzlu araşdırmalara görə, Gürcü Arzusu və siyasi komandamıza dəstək fərqli bölgələrdə 54 - 64 % arasında dəyişir, bu da bu seçkiləri qazanmaq, çoxluğu və və hökumətin tərkibini qurmaq üçün kifayət qədər dəstəyimizin olduğunu göstərir. Əlbətdə ki, eyni zamanda, Gürcüstanda daha sabit bir siyasi sistem, daha çox nümayəndəli parlament yaradılacaq və həyata keçirdiyimiz islahatlar və bu sistem daha çox əməkdaşlığa yönəldiləcək. Bunlar Gürcüstanın demokratik qərarlarıdır və cəmiyyətimizə minnətdarlığımı bildirirəm ki, bu illər ərzində bu islahatlara ciddi dəstək vermiblər. Əlbəttə ki, biz bunu tamamilə təmin edəcəyik və Gürcüstan əhəmiyyətli dərəcədə mütənasib sistemlə demokratik seçkilər keçirməyə hazırdır. Ölkəmiz bu fürsətdən istifadə edəcək, vətəndaşlarımıza və tərəfdaşlarımıza Gürcüstanın demokratiyasını gücləndirməyə davam etdiyini eləcə də AB və NATO-da layiqli yer tutacağımızı sübut edəcəyik. Gələcəkdə vətəndaşlarla birlikdə bu uğurları mütləq qazanacağıq ”, - dedi Talakvadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər