Paşinyanın bu paylaşımı Gürcüstan vətəndaşlarını hiddətləndirdi - FOTO
Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi “Facebook” səhifəsindəki paylaşımı Gürcüstan ictimaiyyətində böyük hiddətlə qarşılanıb.
InterPress.ge xəbər verir ki, Paşinyan Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində ermənilərin bu yaxınlarda keçirdikləri aksiyanı paylaşıb.
Həmin paylaşılmış şəkilin üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb.
Belə ki, N.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirib və “Gürcüstanda Cavakx yoxdur. Bura Gürcüstandır, Samtsxe Cavaxeti Gürcüstanındır”, Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq” və digər bu kimi şərhlər yazıblar.
Qeyd edək ki, erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini Javakhk deyə adlandırırlar. Onlar bu bölgəni Gürcüstanın bir hissəsi hesab etmirlər.


