10 
Okt
2020
10:01
742

Müxalifət partiyaları reklam üçün nə qədər xərcləyib?

Müxalifət partiyalar arasında 1 sentyabr 21 sentyabr da daxil olmaqla seçki reklamı üçün ən çox pul xərcləyən Ağmaşenebeli strategiyasıdır. Partiya seçki reklamına 913 272 lari xərcləyib.

InterPress.ge xəbər verir ki, Ağmaşenebeli strategiyasından sonra seçki bannerlərinə və başqa növ reklamlara Avropalı Gürcüstan 593 905 lari, Lelo Gürcüstan üçün 408 765 lari, Vahid Milli Hərəkat isə 188 068 lari xərcləyib.

Ümumiyyətlə reklam xərclərinin hissələndirilməsinə gəlincə Ağmaşenebeli strategiyası tərəfindən doldurulmuş deklarasiyaya görə partiya televiziya reklamı üçün 524 167 lari, dərc reklamlarına 11 000 lari ,internet reklama 127 971 lari, brend aksessuarlarla reklama 17 000 lari, küçələrdə banner reklamlarına 225 924 lari və digər növ reklamlara isə 7209 lari xərcləyib.

Avropalı Gürcüstan partiyası tərəfindən doldurulmuş deklarasiyaya görə, dərci reklamlara 8000 lari, internet reklama 152 047, 98 lari, brend aksessuarlarla reklama 3 577 50 lari, küçə bannerlərinə 207 517,76 lari və digər növ reklamlara 168 761, 82 lari xərcləyib. Televiziya xərclərinə gəlincə onlar bunun üçün heç bir məbləğ xərcləməyiblər.
Lelo Gürcüstan üçün partiyası tərəfindən doldurulmuş deklarasiyaya görə, küçə bannerləri üçün 284,003 lari, digər növ reklamlara 66 323, dərci reklam üçün 2610 lari, internet reklamı üçün 21 659 lari, brend aksessuarlarla reklama 34 170 lari xərcləyib. Televiziya reklamı üçün isə heç bir məbləğ xərcləməyib.

Vahid Milli Hərəkat internet reklamı üçün 5063 lari, küçə bannerləri üçün 129 621 lari, digər növ reklamlara 53 404 lari xərcləyib. Televiziya, brend aksessuarlarla və dərci reklamlar üçün heç bir məbləğ xərcləməyib.

Ümumiyyətlə siyasi partiyalar tərəfindən xərclənən məbləğlərə gəlincə dövlət auditinin veb səhifəsində ictimailəşdirilən məlumata görə, müxtəlif istiqamətlərə ən çox məbləğ xərcləyən 951 220 lari ilə Ağmaşenebeli Strategiyasıdır. Daha sonra Lelo Gürcüstan üçün 3 həftə ərzində 757 644.33 lari, Avropalı Gürcüstan 730 817, 92 lari, Vahid Milli Hərəkat partiyası isə 325 544 lari xərcləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər