21 
Sen
2026
11:50
78

Patrul Polisi dövlət sərhədini qanunsuz keçməyə cəhd edən xarici ölkə vətəndaşını saxlayıb

Patrul Polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etməkdə təqsirləndirilən xarici ölkə vətəndaşını saxlayıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhəd İdarəetmə və Koordinasiya Baş İdarəsinin əməkdaşları xarici ölkə vətəndaşını Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ittihamı ilə saxlayıblar.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında xarici ölkə vətəndaşını saxta sənəddən istifadə etməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiyi zaman saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü və 362-ci maddəsinin birinci hissələri ilə istintaq aparılır. Həmin maddələr 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın